Yunanıstanın baş naziri Aleksis Tsipras üçün parlamentdə etimad səsverməsi keçirilib.
Qaynarinfo xəbər verir ki, 300 yerlik parlamentin 151 üzvü baş nazirə etimadını nümayiş etdirib. Səsvermə koalisiya hökumətinin üzvlərindən olan "Syriza" partiyası tərəfindən tələb edilib. 148 deputat Tsiprasa etimad etmədiyini bildirib, 1 nəfər isə bitərəf qalıb.
Qeyd edək ki, ötən günlərdə medafiə naziri Panos Kammenos istefa vermiş, onun rəhbərlik etdiyi Müstəqil Yunanlar Partiyası koalisiya hökumətini tərk etmişdi.
Gülşən
Şərhlər