Xəbər lenti

İdman 12:22 08.05.2024

"Turan Tovuz"un futbolçusuna ağır cəza

"Turan Tovuz”un futbolçusu Roderik Miller üçün mövsüm başa çatıb.

Qaynarinfo xəbər verir ki, buna AFFA İntizam Komitəsinin panamalı müdafiəçini 4 oyunluq cəzalandırması səbəb olub.

32 yaşlı oyunçu "Zirə”yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXIII turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Tovuz təmsilçisi legionerin bu hərəkəti ucbatından 3000 min manat cərimələnib.

"Zirə” isə cəmi 700 manat ziyana düşüb. Paytaxt klubunun 5 oyunçusu sözügedən görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını da cərimələyib. Buna komandalar arasında Premyer Liqanın XXXIII turunda baş tutan oyunda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi 1800 manat ödəməli olacaq. "Köhlən atlar" azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 1000 manat ziyana düşüb.

Görüşdə qırmızı vərəqə alan "Neftçi"nin müdafiəçisi Yuri Matias ikisi şərti olmaqla, 4 matçlıq cəzalandırılıb. "Ağ-qaralar" 3000 manat cərimələnib, Matiasa isə 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, paytaxt klubu tərəfdarların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsinə görə 1000 manat ödəyəcək və 10 oturacağın sındırılmasına görə stadiona dəyən zərəri də qarşılayacaq.

Qeyd edək ki, görüş "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->