Xəbər lenti

Türk alim AzTU-nun prorektoru vəzifəsindən istefa verdi - Səbəb nə olub?
Ölkə 16:20 15.06.2022

Türk alim AzTU-nun prorektoru vəzifəsindən istefa verdi - Səbəb nə olub?

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru işdən çıxıb. 

Qaynarinfo-nun məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən azad olunub. 

Onun yerinə 2018-2022-ci illərdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmış Sübhan Nadir oğlu Namazov təyin edilib.


Sübhan Namazov 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən istefa verib. Bunun səbəbi isə AzTU-da onun bir il ərzində nəzərdə tutduğu layihələrinin düzgün icra olunmamasıdır. Məhz bu səbəbdən ayın 1-də dünya şöhrətli alim universitetlə müqaviləsinin müddətini artırmayıb. 

Çetin Elmas sosial şəbəkə hesabında vəzifəsindən ayırılmasına belə münasibət bildirib: "Bir ildən artıq Azərbaycan Texniki Universitetində şərəflə xidmət etdim. Bir millət, iki dövlət anlayışı ilə Can Azərbaycan üçün çalışmağın, kadr yetişdirməyin xoşbəxtliyi və qürurunu yaşayıram. Bu gündən etibarən Azərbaycan Texniki Universitetinin prorektoru vəzifəsindən ayrılıb Qazi Universitetində işimə qayıtdım.

Mənə göstərdikləri etimada və etimada görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Təhsil naziri Emin Əmrullayevə təşəkkürümü bildirirəm. Azərbaycanda olduğum müddətdə o qədər dostlar qazanmışam ki, həm Azərbaycan Texniki Universitetində, həm də xaricdə adlarını saya bilmirəm. Onların heç birini unutmayacağam”.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->