Xəbər lenti

Dünya 16:14 17.06.2018

Türk gəmisi Adriatik dənizində qəzaya uğrayır

Xorvatiyanın Adriatik dənizi sahillərində Türkiyəyə aid gəmi batır.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Xorvatiya Dənizçilik, Nəqliyyat və İnfrastruktur Nazirliyi Adriatik dənizində Yakuba adası yaxınlığında türk gəmisinin qəzaya uğramaq üzrə olduğunu bildirib. Xilasetmə tədbirləri nəticəsində 11 türk, 2 hindistanlı xilas edilib. Gəmidə İtaliyaya aid "Valcadorea" tankerinin köməyi ilə xilasetmə tədbirləri həyata keçirilib. 

Kapitan və 4 nəfər gəmidə qalmağı seçib. Onlar xilasetmə qrupu gələnə qədər gəmini xilas etməyə çalışacaq.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->