Dünya 12:30 11.06.2018

Türk ordusu terrorçulara qarşı: 7 PKK-çı öldürüldü

Türkiyə Silahlı Qüvvələri Şırnak və İraqın şimalında anti-terror əməliyyatı həyata keçirib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın Kakurk bölgəsində 2, Şırnakın Bestler-Dərələr ərazisində isə 7 PKK terrorçusu zərərsizləşdirilib. 

8 iyunda başlayan əməliyyatlar nəticəsində bu günə qədər 19 terrorçu öldürülüb.

Gülşən