Dünya 11:05 14.12.2018

Türk professor Kolumbiyada itkin düşdü

Türkiyəli professor Ramazan Gençay Kolumbiyada itkin düşüb.

Qaynarinfo xəbər verir ki, sonuncu dəfə Medellin şəhərində olan professordan 6 dekabrdan bəri xəbər yoxdur. Polis Gençayı son görən şəxsi axtarır.

Qeyd edək ki, Ramazan Gençay 28 noyabrda "EAFIT" Universitetində verəcəyi seminar üçün Medellinə səfər etmiş, daha sonra bir müddət şəhərdə qalmaq qərarına gəlmişdi.

Gülşən