Dünya 11:48 04.01.2018

Türkiyə hökumətində inqilab: 18 nazir işdən çıxarılır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliyə hazırlaşdığı iddia edilir.

Qaynarinfo "Hürriyətə" istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mart ayında yeni konqres qərarı alacağı bildirilir. Bu kontresdə AKP-nin yeni rəhbərliyi formalaşacaq. Bundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün "seçki hökuməti" qurulacaq.

Başqa bir məlumata görə, Ərdoğan AKP-nin konfransını gözləməyəcək və yanvar ayından etibarən Nazirlər Kabinetinin tərkibini dəyişdirəcək. Buna səbəb kimi, prezidentin bu addımına kabinet daxilində uyğunluq probleminin yaşanması, təşkilatçılıq və məhsuldarlıqla bağlı problemlərin yaşanmasıdır. Baş nazir Binəli Yıldırımın bəzi nazirlər arasında gündəlik əlaqədə problemlər yaşadığı bildirilir.

Türkiyə hökümət kabinetində ediləcək dəyişikliklə 18 nazirin vəzifədən azad ediləcəyi və yeni nazirlərin təyin ediləcəyi iddia edilir. AKP dəhlizlərində dolaşan məlumatlara görə, hazırda nazir vəzifəsi tutanlardan bir neçə nəfər işdən çıxarılandan sonra Ankara, İstanbul, İzmir, Bursa, Qaziantep və Antalya kimi böyük şəhərlərə ya vali, ya da bələdiyyə sədri göndəriləcək. "Hürriyət"in yazdığına görə, hakim partiya rəhbərliyi bu məsələni də müzakirə edir. 

Gülşən