Azərbaycanın ilk milli telekommunikasiya peyki «Azerspace-1» üzərindən yerli və xarici televiziya və radio kanallarının yayımı genişlənir.
«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, son günlərdə Ukraynanın dövlət televiziyası olan «UTR» kanalı və Türkiyənin «VTV Antalya» kanalı «Azerspace-1» peyki üzərindən yayımlanmağa başlayıb.
Hazırda milli peyk vasitəsilə 50-dən artıq kanal yayımlanır və yaxın gələcəkdə yayıma yeni kanalların qoşulması gözlənilir.
Qaynar.info
Şərhlər