Ekonomiks 11:52 16.08.2013

Türkiyə kanalları «Azerspace-1» üzərindən yayımlanmağa başlayıb

Azərbaycanın ilk milli telekommunikasiya peyki «Azerspace-1» üzərindən yerli və xarici televiziya və radio kanallarının yayımı genişlənir.

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, son günlərdə Ukraynanın dövlət televiziyası olan «UTR» kanalı və Türkiyənin «VTV Antalya» kanalı «Azerspace-1» peyki üzərindən yayımlanmağa başlayıb.

Hazırda milli peyk vasitəsilə 50-dən artıq kanal yayımlanır və yaxın gələcəkdə yayıma yeni kanalların qoşulması gözlənilir.

Qaynar.info