"Bursaspor" millimizin üzvü Namik Ələskərovla bağlı paylaşım edib.
Qaynarinfo xəbər verir ki, klub sosial şəbəkə hesablarında 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisinin formasında fotosunu yayımlayıb. Bursa təmsilçisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində millimizin İrlandiya yığmasına qarşı matçında ona uğurlar arzulayıb.
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya görüşü saat 20:00-da start götürəcək.
Namik Ələskərov bu yay "Neftçi"dən "Bursaspor"a transfer olunub.
Səbuhi Həsənov
Şərhlər