Dünya 14:50 25.08.2019

Türkiyə ordusu 3 şəhid verdi

Türkiyə ordusu itki ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, İraqın Şimalında PKK terrorçularına qarşı "Pençe-3" anti-terror əməliyyatında iştirak edən 3 hərbçi şəhid olub, 7 əsgər isə yaralanıb.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, xəsarət alanlar xəstəxanalara aparılıb.

Hərbi əməliyyat davam etdirilir.

Gülşən