Siyasət 20:15 18.04.2013

Türkiyə-Rusiya danışıqlarında Qarabağ müzakirəsi

Bu gün İstanbulda keçirilən Türkiyə-Rusiya strateji planlaşdırma qrupunun növbəti iclasının gündəmində Dağlıq Qarabağ münaqişəsi də olub. Bu barədə iclasdan sonra Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu açıqlama verib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, baş tutan görüşlər zamanı Ankara və Moskvanın əsas məsələlərdə fikirlərinin üst-üstə düşdüyü məlum olub.

"Bizim regional və beynəlxalq məsələlərə dair mövqelərimiz ya üst-üstə düşür, ya da olduqca yaxındır. Dəqiq deyə bilərəm ki, Rusiya və Türkiyənin strateji maraqları bütün qonşu ölkələrdə sülh, sabitliyin qorunub saxlanılması planları da eynidir. Bu, hazırkı çərçivələrdə inkişaf şərtlərinin yaradılmasına şərait yaradacaq. Birmənalı olaraq, bu, Türkiyə və Rusiyanın Cənubi Qafqaz regionu ilə bağlı yanaşmasıdır",- deyə Rusiya XİN rəhbəri bildirib(ans press).