Xəbər lenti

Dünya 00:20 25.01.2013

Türkiyədə 4 nazir istefaya göndərildi

Türkiyədə 4 nazir istefaya göndərilib. Bu gün ölkənin daxili işlər, mədəniyyət və turizm, təhsil və səhiyyə nazirləri tutduqları vəzifələrdən azad edilib.

Bu barədə Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra yazılı açıqlamada bildirilib. Açıqlamaya əsasən, İdris Naim Şahin, Ertoğrul Günay, Ömər Dinçər ve Rəcəb Ağdağ tutduqları vəzifələrdən azad edilib.

Artıq yeni təyinatlar da məlumdur. Yeni qərarla daxili işlər naziri vəzifəsinə Müəmmar Gülər, mədəniyyət və turizm naziri vəzifəsinə Ömər Çəlik, təhsil naziri vəzifəsinə Nəbi Avcı və səhiyyə naziri vəzifəsinə Mehmet Müəzzinoğlu təyin olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?