Dünya 09:53 07.01.2019

Türkiyədə azərbaycanlı narkotacir saxlanıldı

Türkiyənin Antalya şəhərində narkotik ticarətində ittiham edilən azərbaycanlı saxlanılıb.

Qaynarinfo Türk mediasına istinadən xəbər verir ki, polis həmin şəxslə yanaşı 2 Türkiyə vətəndaşını da yaxalayıb. Azərbaycan vətəndaşının üzərindən 92,86 qram narkotik vasitə aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi açılıb.

Gülşən