Dünya 10:07 14.11.2018

Türkiyədə bələdiyyə sədri silahla vuruldu

Türkiyənin Osmaniyə şəhərinin Həsənbəyli bölgəsinin bələdiyyə sədri Alpaslan Koca, yanındakı qohumu və mühafizəçisi silahlı hücuma məruz qalıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, hücum bələdiyyə sədri xəstəxanaya xəstə ziyarətinə gedən zaman baş verib. Hadisədə hər 3 şəxs yaralanıb. Dərhal xəstəxanaya yerləşdirilən Koca və digərlərinin müalicəsinə başlanılıb, onların vəziyyəti normaldır.

Polis cinayətkarı həbs etmək üçün əməliyyata start verib.

Gülşən