Dünya 13:33 09.08.2019

Türkiyədə zəlzələnin fəsadları: 78 nəfər yaralanıb, 400 evə ziyan dəyib

Türkiyənin Denizli vilayətində baş vermiş zəlzələ nəticəsində 78 nəfər xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, həmçinin 400-ə yaxın evə ziyan dəyib.

Xatırladaq ki, ötən gün Denizli vilayətinin Bozkurt rayonunda Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar qonşu bölgələrdə də hiss olunub.
 
YeniSabah