Xəbər lenti

Türkiyədən 1500 əqrəb və hörümçək aparan amerikalı saxlanıldı
Dünya 17:36 13.05.2024

Türkiyədən 1500 əqrəb və hörümçək aparan amerikalı saxlanıldı

Türkiyədə minlərlə hörümçək ixrac etməyə cəhd edən ABŞ muzeyinin kuratoru saxlanılıb.

Polis İstanbul hava limanında Amerika Təbiət Tarixi Muzeyinin kuratoru Lorenzo Prendini Türkiyədən 1500-ə yaxın əqrəb və hörümçək, həmçinin əqrəb zəhəri keçirməyə cəhd etdiyi üçün saxlayıb.

Qaynarinfo bu barədə "CNN Türk"ə istinadən xəbər verir.

"Amerika Təbiət Tarixi Muzeyinin kuratoru Lorenzo Prendini İstanbul hava limanında saxlayıb. Ondan Türkiyəyə endemik olan əqrəb, tarantula və hörümçək növlərinin olduğu 58 çanta, həmçinin 88 baş heyvan, içində maye olan plastik butulkalar müsadirə edilib", deyə telekanal qeyd edib.

Türkiyə qanunvericiliyi nadir heyvan növlərinin ölkədən ixracını qadağan edir. Şüşələrdə dərman hazırlamaq üçün istifadə edilən əqrəb zəhəri olub.

"CNN Türk" əlavə edib ki, əqrəb zəhərindən əldə edilən bir litr dərmanın qiyməti təxminən 10 milyon dollardır. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->