Dünya 15:32 20.01.2018

Türkiyədən Afrində PKK-ya ağır zərbə

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının Suriya qolu olan YPG-nin sığınacaqlarını bombalayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, TSQ-dən verilən yazılı açıqlamada Suriyanın Afrin şəhərindən edilən hücuma özünü müdafiə məqsədilə qarşılıq verildiyi qeyd olunub. 19-20 yanvar 2018-ci il tarixlərində Bab bölgəsində minadan təmizləmə işləri davam edilən zaman cavab hücumu edilib. Bu addımla bölgədə aparılan normallaşdırma prosesinə tövhə verildiyi bildirilir.

Türkiyə Silahlı Qüvvələrinin 12-18 yanvar tarixlərində PKK terror təşkilatının sığınacaqlarına təşkil etdiyi hücumlarda Bitlis, Mardin, Diyarbakır şəhərlərində 20 terrorçu zərərsizləşdirilib. 

Gülşən