Türkmənbaşı Azərbaycan mahnısı ifa etdi, məmurları oynadı (VİDEO)
Türkmənistanda 2020-ci ilin gəlişi münasibətilə ölkənin aparıcı mədəniyyət-incəsənət xadimlərinin, hökumət üzvlərinin və digərlərinin iştirakı ilə böyük Yeni il konsert-ziyafəti təşkil edilib. Aşqabadın mərkəzi salonlarından birində təşkil edilən təntənəli tədbirdə prezident Qurbanqulu Berdıməhəmmədov bir saat ərzində bayram konsertində sintezatorda müşayiət edib və oxuyub.
Unikal.org-un araşdırmasına görə, Qurbanqulu Berdıməhəmmədov sintezatorda Azərbaycan musiqisi də səsləndirib. Belə ki, ölkə başçısı Azərbaycan "Yaylıq" xalq mahnısı sintezatorda ifa edib və məmurlar o ki var oynayıblar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər