Texnologiya 09:51 08.11.2017

"Twitter"dən 280 simvol

"Twitter" sosial şəbəkəsi yazılan postlara tətbiq etdiyi 140 simvol məhdudiyyətini ləğv edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri artıq 280 simvoldan istifadə edərək paylaşımlar edə biləcəklər. 

Dəyişiklik dünən axşamdan tətbiq edilməyə başlanılıb. Şirkət bir müddət əvvəl bu dəyişikliyi edəcəyini açıqlamışdı.

Gülşən
Qaynarinfo.Az