Xəbər lenti

İdman 15:50 03.12.2017

UEFA “Qarabağ”ın oyununu almanlara tapşırdı

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Roma” - "Qarabağ” oyununa təyinatlar açıqlanıb.

Qaynarinfo xəbər verir ki, UEFA qarşılaşmanı alman hakimlərə tapşırıb.
 
Görüşün baş hakimi Tobias Stilier olacaq. Ona yan xəttdə Mayk PikelYan Seydel kömək edəcək. Dördüncü hakim funksiyasını Kristian Cittelmann yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Bastian DankertHarm Osmers olacaq. 
 
Qeyd edək ki, "Roma” - "Qarabağ” oyunu dekabrın 5-də keçiriləcək və saat 23.45-də start götürəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->