Ölkə 10:15 18.04.2014

Ukraynada azərbaycanlı tələbənin faciəsi - FOTO


Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlı idmançı tələbə faciəli şəkildə dünyasını dəyişib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov APA-ya bildirib ki, bu, Azərbaycanın Xaçmaz rayonundan olan, 1994-cü il təvəllüdlü, Dneprepetrovsk Dövlət Universitetinin ikinci kurs tələbəsi Aslan Xıdırovdur.

Smaqdaun döyüş növü üzrə idmançı olan A. Xıdırov beş gün əvvəl məşq zamanı boynundan ağır zədə alıb və təcili xəstəxanaya çatdırılıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun nəşi bu gün Azərbaycana yola salınıb.

Qaynar.info