Video 18:50 24.08.2018

Ukraynada hərbi parad: Poroşenko himnin sözlərini səhv saldı, əsgərin ürəyi getdi (VİDEO)

Ukraynanın müstəqillik günü münasibətilə hərbi parad keçirilib.

"Ölkə.Az” xəbər verir ki, prezident Poroşenko himnin sözlərini dəyişik salıb. Məlum olub ki, Poroşenko "düşmənlərə olan qəzəb və kin bizi bəsləyib” yerinə "böyüdüb” ifadəsini işlədib. Bundan başqa Poroşenko Facebook səhifəsində yazdığı statusda da "Ще не вмерли України нi слава, нi воля” yerinə "Ще не вмерла України i слава, i воля” cümləsini yazıb.

Bundan başqa parad zamanı başqa insident də qeydə alınıb. Fəxri qaravulun əskərlərindən birinin vəziyyəti pisləşib və Poroşenkonun çıxışı zamanı onun ürəyi gedib. Yaxınlıqda dayananlar əskərin yerə yıxılmasının qarşısını alıblar.

Qeyd edək ki, 2018-ci ilin mart ayında da Poroşenkonun qarşısındakı fəxri qaravul əskərinin ürəyi getmişdi.