Xəbər lenti

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadıldı
Dünya 15:41 08.05.2024

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadıldı

Çərşənbə günü, mayın 8-də Ukrayna Ali Radası hərbi vəziyyət və ümumi səfərbərliyi daha 90 gün uzadıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Qolos” partiyasından olan deputat Yaroslav Jeleznyak Telegram-da məlumat verib.

Onun sözlərinə görə, hərbi vəziyyətin uzadılmasının lehinə 339 deputat səs verib.

Ümumi səfərbərliyin uzadılmasının lehinə 336 deputat səs verib, bir deputat bitərəf qalıb.

Bu, artıq Radanın hərbi vəziyyət və ümumi səfərbərliyə dair 11-ci səsverməsidir. 

Beləliklə, müvafiq tədbirlər 2024-cü il avqustun 11-dək davam edəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->