Dünya 17:07 21.11.2017

Ukraynada türklərin satanist cinayəti

Ukraynada törədilən satanist qətl hadisəsi mediada işıqlandırılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Odessa prokurorluğu cinayətlə bağlı açıqlama verib və 4 Türkiyə vətəndaşının xüsusi ayinlə 1 Türkiyə vətəndaşını qətlə yetirdiyini bildirib. Başına sərt cisimlə vurularaq öldürülən qurban daha sonra yandırılıb. Cinayət törədilən ərazidə satanistlərin istifadə etdiyi şam, pentaqram və digər əşyalar tapılıb. 

Hadisəni törədənlər həbs edilib. Onlar qətldən əlavə insan alverində də ittiham edilirlər.

Gülşən
Qaynarinfo.Az