İdman 15:46 25.08.2019

Ukraynalı boksçu rusla döyüşdən imtina etdi

Ukrayna boksçusu Aleksandr Usikin rusiyalı həmkarı Andrey Fedosovla döyüşü baş tutmayacaq.

Qaynarinfo xəbər verir ki, ukraynalı idmançı bu döyüşdən imtina edib. Boksçu bu barədə o, "Instagram” hesabında açdığı canlı efirdə danışıb. Aleksandr Usik bu addımını idman yarışının siyasi müstəviyə keçməsinə qarşı olması səbəbindən atdığını bildirib: 

"Məlumat var idi ki, rəqibim Andrey Fedosov olacaq. Xeyr, o, mənim rəqibim olmayacaq. Niyə? Hələ buna qədər müzakirə etmişdik ki, Aleksandr Povetkin ilə döyüşəcəm. Demişdim ki, bu uşaqlarla döyüşmək istəmirəm, çünki bunu mütləq siyasi müstəviyə çevirib bir-birilərini kobud sözlərlə təhqir edəcəklər. Bu, məni qane etmir və mənə lazım deyil" deyə Aleksandr Usik bildirib.