Xəbər lenti

Universitetdəki yoxlamalarla bağlı rəsmi açıqlama:
Ölkə 11:16 22.05.2024

Universitetdəki yoxlamalarla bağlı rəsmi açıqlama: "Hazırda tələbələri danışdırırlar"

Kütləvi informasiya vasitələrində yayılan xəbərə görə, Elm və Təhsil Nazirliyi tərəfindən Gəncə Dövlət Universitetində yoxlamalara başlanılıb.

Bununla bağlı universitetin Mətbuat Xidmətinin rəhbəri Günay Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, beş ildən bir Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə hər bir ali təhsil və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası həyata keçirilir, Gəncə Dövlət Universitetində aparılan yoxlamalar da bununla bağlıdır:

"Yəni Gəncə Dövlət Universitetində aparılan yoxlama, sadəcə, rektorun fəaliyyəti ilə bağlı deyil, ümumilikdə universitet əməkdaşlarının fəaliyyəti ilə bağlıdır. Yoxlama zamanı rektor da daxil olmaqla dekanların, kafedra, şöbə müdirlərinin və s. sənədlərinə baxış keçirilir, sənədlərin uyğunluğu yoxlanılır".

Günay Məmmədova bildirib ki, təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır:

"Bu yoxlamaların nəticəsində biz növbəti beş ildə fəaliyyət göstərmək üçün sertifikat alırıq və fəaliyyətimizi davam etdiririk".

"Yoxlamalar hazırda davam edir. Tələbələr danışdırılırlar. Yoxlama bitdikdən sonra nəticə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunacaq", deyə o qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->