Xəbər lenti

Şuşada 5 tarixi obyekt bərpa olunub, ilk yaşayış kompleksi ilin sonunda hazır olacaq
Ölkə 13:00 30.09.2023

Şuşada 5 tarixi obyekt bərpa olunub, ilk yaşayış kompleksi ilin sonunda hazır olacaq

Bu günə kimi Şuşa şəhərində 5 tarixi obyekt bərpa olunub.

Bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

"Onların arasında Yuxarı Gövhər Ağa məscidi, xalça muzeyi, Mehmandarovların evi var. Artıq dediyim məscidə axund da təyin edilib və yaxın vaxtlarda o, öz fəaliyyətinə başlayacaq. Aşağı Gövhər Ağa Məscidinin bərpası isə gələn il yekunlaşacaq. Bərpa oluna bilməyən obyektlər isə konservasiya olunacaq. Eyni zamanda 4 heykəl üzərində iş davam edir", - deyə o qeyd edib.

Aydın Kərimov bildirib ki, Şuşa şəhərində ilk yaşayış kompleksinin inşası bu ilin sonunda yekunlaşacaq.

"Bundan sonra qısa müddətdə biz ilk olaraq 400-ə yaxın ailənin Şuşaya köçürülməsini təmin edəcəyik. Amma gələn il daha 17 binadan ibarət yaşayış kompleksinin inşasına başlanılacaq. Prosesin qısa müddətdə yekunlaşmasına çalışacayıq", - deyə o qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->