Vladimir Jirinovski narkotikin dadına baxdığını etiraf etdi

Vladimir Jirinovski narkotikin dadına baxdığını etiraf etdi

 

LDPR lideri Vladimir Jirinovski parlament iclasında qanunsuz maddələrin "dadına baxdığını” etiraf edib.

 

 

Qaynarinfo xəbər verir ki, Jirinovski narkotikin dadına baxmağı uşaqlıqda ona özündən böyük yoldaşlarının təklif etdiyini deyib. Siyasətçinin sözlərinə görə, söhbətin nədən getdiyini bilmədiyi üçün onlarla razılaşmalı olub.

 

 

"Gördüyünüz kimi, mən ona öyrəşmədim. Bəs bir başqasının xoşuna gələrsə? Belə bir şeyə icazə vermək olmaz”, - Jirinovski deyib.

 

 

Narkotiklərin yayılmasına qarşı mübarizə aparmaq üçün millət vəkili narkotik satıcılarını ölkənin ucqar bölgələrinə sürgün olunmasını təklif edib.

 

Alpər

 

XƏBƏRLƏR
BLOGLAR