Dünya 11:29 09.02.2019

"Volkswagen" "Bosch"dan 1 milyrad avro təzminat ala bilər

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" dizel qapağı qalmaqalı səbəbindən "Bosch"a dava açıb, 1 milyard avro təzminat ala bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Del-Spigel nəşri yazıb. Məlumatda bildirilir ki, "Volkswagen" zərərli maddələrə nəzarət üçün hazırlanan dizel qapağı və proqram təminatının hazırlanmasına "Robert Bosch GmbH” şirkəti cavabdeh olduğu üçün bu addımı ata bilər.

Qeyd edək ki, şirkət 2018-ci ilin sonunda belə bir iddia irəlimüş, lakin şirkətlər məsələni öz aralarında həll etmək qərarı almışdılar. Sözügedən təqdimatın müddəti 2019-cu ilin martında başa çatır.

Xatırladaq ki, "Volkswagen”in istehsal etdiyi avtomobillərdə işlənmiş qazın çıxma səviyyəsinin real göstəricilərini aşağı salan proqram təminatı aşkar edilmiş və ABŞ-ın San-Fransisko Dairə Məhkəməsi "Volkswagen”in 80 min avtomobil sahibinə ümumilikdə 1,22 milyard dollar təzminat ödəməli olduğu barədə qərar qəbul etmişdi.