Vyetnamda "Son Tinh" tropik qasırğası 20 nəfərin ölümünə səbəb olub.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, güclü yağıntı ilə müşahidə edilən qasırğa nəticəsində 16 nəfər itkin düşüb, 14 nəfər isə yaralanıb.
"Son Tinh" 5 min evin zərər görməsinə, 82 min hektar əkin sahəsinin su altında qalmasına səbəb olub. 17 min heyvan tələf olub. Güclü yağışların növbəti günlərdə də davam edəcəyi gözlənilir.
Gülşən
Şərhlər