Texnologiya 14:58 27.10.2017

"Whatsapp"da səhvən göndərilən mesajları silmək qaydası (VİDEO)

Nəhayət ki, "Whatsapp” istifadəçilərinin ən böyük problemi həll olunur.

"Qaynarinfo" yenicag.az-a istinadən xəbər verir ki, istifadəçilərin bir ildir gözlədiyi yeni funksiya aktivləşdirilib. Belə ki, artıq "whatsapp” sosial şəbəkəsində səhvən göndərdiyiniz mesajları geri qaytara biləcəksiniz. Bu funksiya sayəsində qarşı tərəf geri götürdüyünüz mesajı görməyəcək.

Bunun üçünsə sadəcə, həmin mesajı seçərək, "geri al” bölməsinə keçməyiniz kifayətdir.

Təqdim etdiyimiz videoda bu əməliyyatı necə reallaşdıracağınız göstərilib:
 
Qaynarinfo.Az