"WhatsApp"a 2 yeni funksiya tətbiq olunacaq.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Facebook F8" konfransında çıxışı zamanı "WhatsApp"ın direktoru Mübarik İmam məlumat verib. O, birdən çox istifadəçinin eyni anda qatıla biləcəyi videosöhbət funksiyasının yaxın vaxtlarda istifadəyə veriləcəyini açıqlayıb.

İmam funksiyanın necə istifadə olunacağı barədə ətraflı məlumat verməsə də, təqdimat videosunda 4 istifadəçinin eyni anda görüntülü danışa biləcəyi əks olunub.

Konfransda "WhatsApp"ın statistikası da açıqlanıb. Belə ki, gün ərzində 450 milyon istifadəçi "WhatsApp"dan istifadə edir və hər gün 2 milyard dəqiqə görüntülü və səsli danışıq gerçəkləşdirilir.

"WhatsApp"a gətirilicək digər funksiya isə xüsusi emojilər olacaq. Şirkət həmçinin üçüncü tərəflərin də emojiləri zənginləşdirməsinə və istifadəyə təqdim etməsinə icazə verəcək.