"11 il kirayə evdə qalmışam. Xoşbəxtəm ki, hər şeyi zəhmətlə əldə etmişəm. Hər bir gözəl işdə zəhmət dayanır”​.

Qaynarinfo-nun qafqazinfo-ya istinadən məlumatına görə, bu sözləri xalq artisti Natiq Şirinov "Şou ATV” verilişində deyib.

"Green card” qazanan və Amerikaya köçməyə hazırlaşan nağara ifaçısı ailəsi ilə birlikdə ölkədən gedəcəyini deyib:

”O qədər naxələf insanlar gəldi-getdi həyatımdan. Nə molla, nə dindaram. Azərbaycanlıyam, müsəlmanam. Getmək elədir ki... Bu bir şansdır. İstəyir yüz ədəd "Green Card” udum... Bu, oğlumun arzusu idi. Sənədlərimiz hazırdır. Mayda ailəmlə birlikdə gedirəm. 

Amma min Amerika olsa, xalqımı kənara atmaram. Məni bu xalq yetişdirdi. Beş manatı görüb qaçan, çörəyi dizində olan deyiləm. Ümidlə istəyimiz orada nağara məktəbi açmaqdır”.