Sənət 21:31 22.01.2015

Xalq artisti telekanalları tənqid etdi: "Mənə yaraşmaz"

“İndiki dövrdə şəxsiyyətini qoruyub saxlamaq çətin məsələdir. Şəxsiyyətimi qoruduğuma görə hər verilişə çıxmıram”. 

Qaynar.info Lent.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında xalq artisti Yalçın Rzazədə deyib. O, bildirib ki, indi efirlərdə yayımlanan bir çox verilişlər onun mənəviyyatına uyğun deyil: “İndi elə verilişlər var ki, soruşurlar kim ərə gedib? Kim boşanıb? Mən bu yaşımda həmin verilişlərə niyə çıxım ki? Bu günə qədər öz yerimi qoruyub saxlamışam. İstəmirəm ki, tamaşaçılar məni o tip proqramlarda görsün. Mənə yaraşmaz. Belə bir deyim var ki, dahi olmaq asan, o adı qoruyub saxlamaq isə çətindir. İndi yaxşı, şəxsiyyətli müğənnilər azdır. Efirlərə baxıram, qəribə-qəribə oğlanlar, qızlar oturublar özlərində razı-razı danışırlar. Biri deyir ki, “məndən yoxdur”, digəri də deyir ki “Sözümü demişəm, neçə oktava səsim var”. Amma mən neçə ildir sənətdəyəm, elə danışmamışam. Danışmaram da”. 

Qaynar.info