Sənət 16:36 26.05.2019

Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi

Azərbaycanın Xalq şairi, 82 yaşlı Musa Yaqub səhhətində yaranan problemə görə bu gün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, şair xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun müalicəsi davam etdirilir. Qeyd edək ki, M.Yaquba ötən gün Xalq şairi fəxri adı verilib.