Xəbər lenti

Xanım aşıqlar arasında nə baş verib? - Zülfiyyə qalmaqaldan danışdı
Maqazin 17:58 01.05.2024

Xanım aşıqlar arasında nə baş verib? - Zülfiyyə qalmaqaldan danışdı

"Aşıq Telli ilə münasibətlərimiz qırılıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Aşıq Zülfiyyə həmkarı Telli Borçalının onun haqqında dediyi "başından böyük yalan danışıb" ifadəsinə aydınlıq gətirərkən deyib. 

"Hər kəs bilir ki, mən onu zarafat etmişəm. Verilişlərin birində sual verdilər ki, kimə etibar etməzsən? Aşıq Samirəyə, yoxsa Aşıq Telliyə? Mən də dedim Telliyə. Çünki nəyi var yadından çıxardır, yükünü harda gəldi qoyur. Bir bunu dedim, sanki dünya dağıldı. Baxıram ünvanıma demədiyi söz buraxmayıb", deyə aşıq Zülfiyyə bildirib.

Zülfiyyə hazırda Telli Borçalı ilə küsülü olduqlarını qeyd edib.

Qeyd edək ki, Aşıq Telli Borçalı həmkarı Aşıq Zülfiyyə İbadovanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib: "Həmin açıqlamaya baxmışam. Bəli, Zülfiyyə xanım onu deyib. Amma bir var yalan, bir də var ağ yalan. Hətta başından böyük yalan danışıb. Özü ilə də danışmışam. O qədər yalan danışıb ki, guya mən hər gün bunların restoranına getmişəm".

Xatırladaq ki, bir müddət əvvəl Aşıq Zülfiyyə verilişlərin birində sahibi olduğu "Ocaq" restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" dryib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->