Sənət 15:56 11.07.2014

Xanım Qafarova vəfat etdi - YENİLƏNİB

Xanım Qafarova vəfat etdi

Əməkdar artist bu gün, bir necə dəqiqə əvvəl keçinib

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarova vəfat edib. Bu barədə ANS PRESS-ə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, aktrisa xərçəng xəstəliyindən əziyyət çəkib. Bu gecə onun vəziyyəti ağırlaşmışdı. Əməkdar artistin ailə üzvlərinin ANS PRESS-ə verdikləri məlumata görə, gecə ərzində bir necə dəfə həkim çağrılıb. Lakin həkimlər onun üçün heç nə edə bilməyəcəklərini deyiblər.

Aktrisa sabah müalicə olunmaq üçün İsrailə getməli idi. Onun müalicəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutmalı idi.
Bundan öncə isə aktrisa Türkiyədə müalicə edilmişdi.

Qaynar.info


11:01


Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist XanımQafarovanın vəziyyəti ağırlaşıb. Əməkdar artistin ailə üzvlərinin ANSPRESS-ə verdikləri məlumata görə, hazırda onun vəziyyəti çox ağırdır: 

“Sabah İsrailə getməlidir. Sabaha sağ çıxıb-çıxmayacağını bilmirik. Vəziyyəti çox ağırdır”.

Əməkdar artistin ailə üzvü X. Qafarovanın dünyasını dəyişməsi iləbağlı mətbuatda yayılan məlumatlara da münasibət bildirib: “İndi onunölməsi barəsində xəbərlər yayılıb. Belə bir şey yoxdur. Lakin vəziyyətiçox ağırdır”.

Xanım Qafarovanın bacısı Publika.az-a bildirdi ki, artıq hər şeybitib, həyatla vidalaşır: "Onu həyata qaytarmaq mümkün olmadı. Həkimlərson qərarını verdi. İsrailə getmək də qismət olmadı.  Başına yığışmışıq,son dəqiqələrini yaşayır".
X.Qafarova ötən gün Heydər Əliyev Fondunun prezidenti MehribanƏliyevanın təşəbbüsü ilə İsrailə müalicə olunmağa gedəcəyini demişdi.


Qaynar.info