Xəbər lenti

Xavi yeni mövsüm üçün
İdman 09:13 07.07.2023

Xavi yeni mövsüm üçün "Barselona"nın hədəfini açıqladı

"Barselona"nın baş məşqçisi Xavi komandanın yeni futbolçular sayəsində gücləndiyini və gələn mövsüm Çempionlar Liqası uğrunda mübarizə aparmağa hazır olduğunu bildirib. 

Qaynarinfo bu barədə sport.es-ə istinadən xəbər verir.

"Məqsəd Çempionlar Liqasını qazanmaqdır. Bunu gizlətmirik. Görək nə qədər uzağa gedə bilərik. Bizim üçün 1/8 və ya 1/4 final yoxdur, finala can atırıq. Amma biz favorit deyilik. Çünki, xüsusən də əvvəlki iki ilə baxanda", deyə Xavi bildirib.

Qeyd edəm ki, 2022/23 mövsümündə "Barselona" ikinci yerdə qərarlaşan "Real Madrid"i 10 xal qabaqlayaraq İspaniya çempionatının qalibi oldu. Bununla belə, Çempionlar Liqasında Kataloniya komandası qrup mərhələsini keçə bilməyib: "Bavariya”, "İnter” və "Viktoriya” ilə eyni qrupda yer alan kataloniyalılar 7 xal toplayaraq, 3-cü yeri tutub və Avropa Liqasına yollanıb.

İspaniya klubu Avropanın ikinci mühüm turnirində uğur qazana bilməyib: pley-off mərhələsində kataloniyalılar "Mançester Yunayted”ə uduzdular.

"Barselona" 2021/22 mövsümündə də avrokuboklarda uğur qazana bilməyib: komanda Çempionlar Liqasının qrupunda da 3-cü yeri tutub, Avropa Liqasında isə 1/4 final mərhələsində "Ayntraxt"a uduzaraq, mübarizəni dayandırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->