Yerli mətbuatda "Xəzər TV”nin iki rəhbər işçisinin işinə xitam verildiyi barədə məlumat yayılıb.

"Xəzər TV”dən ölkə.az-a daxil olan məlumata əsasən, proqram departamentinin rəhbəri Kənan Bayramov tutduğu vəzifədən azad edilib.

Amma televiziyada işdən çıxarılan təkcə Kənan olmayıb. Onunla yanaşı "Dalğa TV”nin rəhbəri Nəsib Nur da işdən uzaqlaşdırılıb.
 
Mənbənin məlumatına görə, hələlik boşalan yerlərə təyinat olmayıb.