Dünya 23:39 26.12.2017

Xəzərin bölgü prinsipi razılaşdırıldı

"Xəzər dənizinin bölgü prinsipi razılaşdırılıb”.

Oxu.Az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Kommersant”a müsahibəsində deyib.

"Bəli. Lakin indi detallara varmaq istəməzdim”,- deyə Rusiya XİN başçısının müavini Xəzərin bölgü prinsipi razılaşdırılıbmı sualına cavabında bildirib.

Onun sözlərinə görə, bütün detallar Qazaxıstanda təşkil olunacaq 5-ci Xəzəryanı ölkələrinin dövlət başçılarının sammitində bəlli olacaq.