Dünya 14:31 17.07.2018

Xəzəryanı ölkələrin sammitinin vaxtı açıqlandı

Xəzəryanı ölkələrin V sammiti avqustun 12-də, Qazaxıstanın Aktau şəhərində keçiriləcək.

Qaynarinfo kommersant.ru-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov məlumat verib. Nazirin sözlərinə görə, artıq sammitdə iştirak edəcək bütün tərəflər diplomatik kanalları vasitəsilə öz iştiraklarını təsdiqləyiblər.

"Hazırda Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistanın xarici işlər nazirləri sammitə hazırlıqla bağlı fəal iş görürlər", - deyə o, bildirib.

Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.

Qeyd edək ki, bu sənəd üzərində beş ölkənin nümayəndələri 20 ildən artıq işləyiblər.