Ölkə 11:06 18.06.2018

XİN-dən açıqlama: Yaponiyadakı zəlzələdə azərbaycanlılar ziyan çəkib?

Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Qaynarinfo-ya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. 

Qurum bəyan edib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır.