Dünya 18:51 04.09.2013

Xristian kişi qadın oldu, imama ərə getdi

Britaniya Silahlı Qüvvələrinin sabiq hərbçisi, İslamı qəbul edərək müsəlman olmuş Lüsi Vallender ailə həyatı qurub. O, internetdə tanış olduğu Murada ərə gedib.

Murad imamdır və Lüsinin sirrini bilmirdi. Lüsinin sirri isə onun əvvəllər kişi olmasıdır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngilətərinin Suindon şəhərinin sakini, 28 yaşlı Lüsi indi bəxtəvər olduğunu deyir.
Martda ərə getdiyini söyləyən Lüsi yerli məsciddə kişilərlə birlikdə namaz qılmaqdan boyun qaçırandan sonra məscidə buraxılmadığını deyir.
 
Əvvəllər Lourens Vallender olmuş bu şəxs cinsini dəyişərək transgenderə, yəni "əvvəl kişi, sonra qadın"a çevriləndən sonra İnternetdə Murad adlı imamla tanış olub.
 
"Bir-birimizi sevdik. Evləndik. O, əvvəllər kişi olduğumu bilmirdi. Murada həqiqəti deməyə qorxurdum. İki dəfə yataqda olduq, sonra ona həqiqəti dedim, əvvəllər Lourens adlı kişi olduğumu dedim. 2010-cu ildə cinsimi dəyişərək İslamı qəbul etdiyimi söylədim", - Kayrençester şəhərində doğulmuş keçmiş Lourens, indiki Lüsi söyləyib.
 
"Həyatımın yanlış olduğunu anlamışdım. Kişi olsam da, özümü qadın kimi hiss edirdim. Üstəlik, İslam məni cəlb edirdi. Buna görə cinsimi dəyişib qadın oldum, İslamı qəbul etdim", - söyləyən Vallanderin sözlərinə görə, əsla spirtli içki qəbul etmir, gündə 5 dəfə namaz qılır.
 
O, Muradın ikinci arvadıdır.
Vallenderin qardaşı Soren reportyorların suallarını cavablamaqdan boyun qaçırıb.
 
Di gəl, yerli məscidin imamı Lüsinin əvvəllər kişi olduğunu bildiyini vurğulayaraq, onu qadınlarla namaz qılmağa buraxmır.
"Bu insanların mənə münasibətini dəyişəcəyinə ümid edirəm. Həyatım asan olmayıb. 2006-cı ildə daha cəsur, "kişi" olmaq üçün orduda xidmətə başladım. Amma anladım ki, daha da bədbəxt hiss edirəm özümü", - Lüsi deyib.

Qaynar.info