Sənət 16:42 23.07.2017

XXI əsrin baxılması vacib olan ən yaxşı filmləri (SİYAHI)

BBC dünyanın müxtəlif ölkələrindən olan 177 film tənqidçisinin fikirlərini öyrənərək 21-ci əsrin ən yaxşı 100 filmini müəyyənləşdirib.

XXI əsardə çəkilən ən yaxşı 100 ABŞ filmindən sadəcə 6-sı bu siyahıya daxil ola bilib.

Ötən əsrə damğasını vuran "The Shawshank Redemption" (Şouşenkdən qaçış) "The Godfather" (Xaç atası), "The Rules of the Game" (Oyunun qaydaları), "Seven samurai" (Yeddi samuray) kimi bu əsrin ən yaxşı filmləri hansılardır?

"Qaynarinfo" həmin filmlər içərisində ən yaxşı 10 filmi təqdim edir:

1. Mulholland Drive (Mulholland labirinti)


Rejissor Devid Lanç tərəfindən çəkilən film 2001-ci ilin may ayının 16-da təqdim olunub. Psixoloji janrda olan "Mulholland Drive" ABŞ və Fransanın ortaq layihəsidir. Büdcəsi 14 milyon dollar, gəliri isə 21 milyon dollar olub. 147 dəqiqəlik filmdə baş rolları Naomi Vats, Laura Elena Harrinq və Castin Serouks canlandırıb. Film Los-Ancelesə gəlib bibisinin evində qalarkən уyni zamanda yaddaşını itirib həmin evdə gizlənən Rita adlı qızla dostlaşan və gözü yüksəklərdə olan Betti Elms adlı aktrisanın hekayəsidir.

2. "In the Mood for Love" (Sevginin ruhunda)


Çin istehsalı olan filmin rejissoru və ssenari müəllifi Vonq kar-vaidir. Film 2000-ci ildə çəkilib. Romantik-dram janrındadır. 1962-ci ildə olmuş və əfsanələşmiş sevgi hekayəsindən bəhs edir. 

3. "There Will Be Blood" (Qan töküləcək)


Film ABŞ yazıçısı və jurnalisti Epton Sinklerin "Oil" (Neft) əsəri əsasında çəkilib. Rejissor və ssenari müəllifi Pol Tomas Andersondur. Baş rolları Daniel Day-levis və Paul Dano ifa edib. Film 2007-ci ilin yanvarında təqdim edilib. Büdcəsi 25 milyon dollardır. 

4. "Spirited Away" (Ruhlarla sovrulanlar)


2001-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Hayao Miyazakidir. Animasiya filminin büdcəsi 19 milyon dollar olub. Animasiya Yaponiya studiyası Studio Ghibli tərəfindən çəkilib. "Ruhlarla sovrulanlar" animasiyası böyük mükafatlar əldə etmiş ən yaxşı animasiya filmlərindəndir. 

5. "Boyhood" (Uşaqlıq)


Film 2014-cü ildə çəkilib. Rejissor Riçard Linkleyterin 12 ilə sığdırdığı bu film bir gəncin uşaqlığından tələbəlik illərinə qədər olan həyatından bəhs edir. Ellar Koltreynin 8 yaşından etibarən baş rolunu oynadığı bu filmdə izləyicilər onun böyüməsinin və başına gələn əhvalatların şahidi olurlar. ABŞ filmidir, büdcəsi 4 milyon dollar, gəliri isə 44,5 milyon dollardır.

6. "Eternal Sunshine of the Spotless Mind" (Ləkəsiz yerin əbədi günəşi)


Film 2004-cü ildə çəkilib və "Ən yaxşı ssenari" nominasiyası üzrə "Oskar"a layiq görülüb. Rejissoru Mişel Qondridir. Baş rollarda Cim Kerri və Keyt Vinslet çəkilib. Keyt bu filmdəki roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" alıb. ABŞ istehsalı olan filmin büdcəsi 20 milyon dollardır.

7. "The Tree of Life" (Həyat ağacı)


2011-ci ildə ABŞ-da çəkilib. Büdcəsi 32 milyon dollar, gəliri isə 54,3 milyon dollar olub. Filmin rejissor və ssenari müəllifi Terens Malikdir. Bu ideya Terens Malikin ağlına hələ 70-ci illərin sonunda gəlmişdi. Onda filmin adı da “Həyat ağacı” deyil, “Q” idi. 2006-cı ildə filmin çəkilişlərinə başlandı. Baş rolları Mel Gibson və Kolin Farel canlandıracaqdı. Amma filmin çəkilişi sonradan dayandı. 2007-ci ilin oktyabrında isə filmin yenidən çəkilməsinə qərar verildi. Bu dəfə baş rolları Şon Penn və Hit Ledcer ifa edəcəkdilər. Lakin Hit Ledcerin ölümü onun rolunu Bred Pitə nəsib etdi.

68 yaşlı rejissorun bu filmi 2011-ci ilin Kann kinofestivalında baş mükafatı - Qızıl Palma Budağını qazandı.

Haqqında ətraflı nəsə yazmaq üçün deyil bu film. Bir insanın taleyidir. Onun əmələ gəlməsi, doğuluşu, böyüməsi və tərbiyəsi. Filmdəki hadisələr 11 yaşlı uşağın gözü ilə verilir. Uşaq böyümək ərəfəsində suallara özü cavab axtarır. Valideynlərinin, qonşularının, qardaşlarının sayəsində qayğı, sevgi, olar-olmazları qavrayır. Bu ona o qədər də xoş deyil. Çünki ona xoş olan şeylər “olmazlar”dır, qadağalardır. Bu isə onu qəddar edə bilər.

Terens Malik həyatı boyu cəmi 6 film çəkib. Rejissor bu filmi ilə sanki illərlə hamıdan gizli topladığı duyğular kompozisiyasını, bütün potensialını ortaya qoyub. Mükəmməl bir film ərsəyə gətirib. 138 dəqiqəlik uzun musiqi kimi gələcək bu film sizə. Heç bir gözlənilməz sonluq-filan olmadan da bitəcək. Filmin estetikası, fəlsəfəsi, önəmi haqqında uzun-uzadı danışmaq olar. Həqiqətən son illərin ən gözəl filmlərindən biridi. Ən başlıcası film nəinki uşaqlara, yaşından asılı olmayaraq hər bir tamaşaçıya gözəl tərbiyə verə bilər. Ağıllı filmdir.

8. "Yi Yi"


Tayvan və Yaponiyanın birgə istehsalı olan film 2000-ci ilin 14 mayında təqdim olunub. Rejissor və ssenari müəllifi Edvard Yanqdır. Ekran işi NJ adlı bir mühəndisin və Taypey şəhərində yaşayan orta təbəqə bir ailənin əlaqələrindən bəhs edir. Film 2000-ci il Kann Kinofestivalında "Ən yaxşı rejissor" nominasiyası üzrə qalib olub.

9. "A Separation" (Nadirin Simindən ayrılması)


"Nadirin Simindən ayrılması" ssenari müəllifi və rejissoru Əsgər Fərhadi olan, 2011-ci ildə Qızıl Qlobus mükafatın qazanan və Leyla Hatəmi, Peyman Moaadi, Şəhab Hüseyni, Sarə Bayat və Sarina Fərhadinin oynadığı İran istehsalı, dram janrında olan filmdir. Filmin mövzusu boşanmış bir orta sinif iranlı cütlüyün yaşlı ata üçün aşağı sinfin nümayəndələrindən baxıcı tutulmasından bəhs edir. 61-ci Berlin Beynəlxalq Film Festivalında "Ən yaxşı film" nominasiyasında Qızıl Ayı və "Ən yaxşı aktyor" ilə "Ən yaxşı aktrisa" nominasiyalarında isə Gümüş Ayı mükafatını qazanıb. Beləliklə bu, Qızıl Ayı qazanan ilk İran filmi olub. Film həmçinin 2012-ci ildə 69-cu Qızıl Qlobus mükafatlarında ən yaxşı xarici dilli film mükafatını və eyni nominasiya üzrə Oskar mükafatını əldə edib.

10. "No Country for Old Men" (Qocalara burada yer yoxdur)


Koen qardaşlarının Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri trillerdir. 2008-ci ilin "Oskar"a təqdim olunan 8 nominasiyasının 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci planda kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə.

Tam siyahıya isə bu filmlər daxildir:

100. Toni Erdmann (Maren Ade, 2016)

100. Requiem for a Dream (Darren Aronofsky, 2000)

100. Carlos (Olivier Assayas, 2010)

99. The Gleaners and I (Agnès Varda, 2000)

98. Ten (Abbas Kiarostami, 2002)

97. White Material (Claire Denis, 2009)

96. Finding Nemo (Andrew Stanton, 2003)

95. Moonrise Kingdom (Wes Anderson, 2012)

94. Let the Right One In (Tomas Alfredson, 2008)

93. Ratatouille (Brad Bird, 2007)

92. The Assassination of Jesse James by the Coward Robert Ford (Andrew Dominik, 2007)

91. The Secret in Their Eyes (Juan José Campanella, 2009)

90. The Pianist (Roman Polanski, 2002)

89. The Headless Woman (Lucrecia Martel, 2008)

88. Spotlight (Tom McCarthy, 2015)

87. Amélie (Jean-Pierre Jeunet, 2001)

86. Far From Heaven (Todd Haynes, 2002)

85. A Prophet (Jacques Audiard, 2009)

84. Her (Spike Jonze, 2013)

83. A.I. Artificial Intelligence (Steven Spielberg, 2001)

82. A Serious Man (Joel and Ethan Coen, 2009)

81. Shame (Steve McQueen, 2011)

80. The Return (Andrey Zvyagintsev, 2003)

79. Almost Famous (Cameron Crowe, 2000)

78. The Wolf of Wall Street (Martin Scorsese, 2013)

77. The Diving Bell and the Butterfly (Julian Schnabel, 2007)

76. Dogville (Lars von Trier, 2003)

75. Inherent Vice (Paul Thomas Anderson, 2014)

74. Spring Breakers (Harmony Korine, 2012)

73. Before Sunset (Richard Linklater, 2004)

72. Only Lovers Left Alive (Jim Jarmusch, 2013)

71. Tabu (Miguel Gomes, 2012)

70. Stories We Tell (Sarah Polley, 2012)

69. Carol (Todd Haynes, 2015)

68. The Royal Tenenbaums (Wes Anderson, 2001)

67. The Hurt Locker (Kathryn Bigelow, 2008)

66. Spring, Summer, Fall, Winter…and Spring (Kim Ki-duk, 2003)

65. Fish Tank (Andrea Arnold, 2009)

64. The Great Beauty (Paolo Sorrentino, 2013)

63. The Turin Horse (Béla Tarr and Ágnes Hranitzky, 2011)

62. Inglourious Basterds (Quentin Tarantino, 2009)

61. Under the Skin (Jonathan Glazer, 2013)

60. Syndromes and a Century (Apichatpong Weerasethakul, 2006)

59. A History of Violence (David Cronenberg, 2005)

58. Moolaadé (Ousmane Sembène, 2004)

57. Zero Dark Thirty (Kathryn Bigelow, 2012)

56. Werckmeister Harmonies (Béla Tarr, director; Ágnes Hranitzky, co-director, 2000)

55. Ida (Paweł Pawlikowski, 2013)

54. Once Upon a Time in Anatolia (Nuri Bilge Ceylan, 2011)

53. Moulin Rouge! (Baz Luhrmann, 2001)

52. Tropical Malady (Apichatpong Weerasethakul, 2004)

51. Inception (Christopher Nolan, 2010)

50. The Assassin (Hou Hsiao-hsien, 2015)

49. Goodbye to Language (Jean-Luc Godard, 2014)

48. Brooklyn (John Crowley, 2015)

47. Leviathan (Andrey Zvyagintsev, 2014)

46. Certified Copy (Abbas Kiarostami, 2010)

45. Blue Is the Warmest Color (Abdellatif Kechiche, 2013)

44. 12 Years a Slave (Steve McQueen, 2013)

43. Melancholia (Lars von Trier, 2011)

42. Amour (Michael Haneke, 2012)

41. Inside Out (Pete Docter, 2015)

40. Brokeback Mountain (Ang Lee, 2005)

39. The New World (Terrence Malick, 2005)

38. City of God (Fernando Meirelles and Kátia Lund, 2002)

37. Uncle Boonmee Who Can Recall His Past Lives (Apichatpong Weerasethakul, 2010)

36. Timbuktu (Abderrahmane Sissako, 2014)

35. Crouching Tiger, Hidden Dragon (Ang Lee, 2000)

34. Son of Saul (László Nemes, 2015)

33. The Dark Knight (Christopher Nolan, 2008)

32. The Lives of Others (Florian Henckel von Donnersmarck, 2006)

31. Margaret (Kenneth Lonergan, 2011)

30. Oldboy (Park Chan-wook, 2003)

29. WALL-E (Andrew Stanton, 2008)

28. Talk to Her (Pedro Almodóvar, 2002)

27. The Social Network (David Fincher, 2010)

26. 25th Hour (Spike Lee, 2002)

25. Memento (Christopher Nolan, 2000)

24. The Master (Paul Thomas Anderson, 2012)

23. Caché (Michael Haneke, 2005)

22. Lost in Translation (Sofia Coppola, 2003)

21. The Grand Budapest Hotel (Wes Anderson, 2014)

20. Synecdoche, New York (Charlie Kaufman, 2008)

19. Mad Max: Fury Road (George Miller, 2015)

18. The White Ribbon (Michael Haneke, 2009)

17. Pan's Labyrinth (Guillermo Del Toro, 2006)

16. Holy Motors (Leos Carax, 2012)

15. 4 Months, 3 Weeks and 2 Days (Cristian Mungiu, 2007)

14. The Act of Killing (Joshua Oppenheimer, 2012)

13. Children of Men (Alfonso Cuarón, 2006)

12. Zodiac (David Fincher, 2007)

11. Inside Llewyn Davis (Joel and Ethan Coen, 2013)

10. No Country for Old Men (Joel and Ethan Coen, 2007)

9. A Separation (Asghar Farhadi, 2011)

8. Yi Yi: A One and a Two (Edward Yang, 2000)

7. The Tree of Life (Terrence Malick, 2011)

6. Eternal Sunshine of the Spotless Mind (Michel Gondry, 2004)

5. Boyhood (Richard Linklater, 2014)

4. Spirited Away (Hayao Miyazaki, 2001)

3. There Will Be Blood (Paul Thomas Anderson, 2007)

2. In the Mood for Love (Wong Kar-wai, 2000)

1. Mulholland Drive (David Lynch, 2001)

Çingiz Səfərli

Qaynarinfo.Az