Dünya 10:08 18.06.2018

Yaponiyada 6,1 bal gücündə zəlzələ: 3 ölü, 200 yaralı (YENİLƏNİB)

Son məlumata görə, təbii fəlakət nəticəsində 3 nəfər ölüb, azı 200 nəfər yaralanıb. Su borularında problem yaranıb, qatar səfərləri təxirə salınıb. Osakanın yaxınlığında yerləşən Mihama, Takahama və Ohi Atom Elektrik Stansiyalarında zədənin yaranmadığı deyilir.

***
Yaponiyanın 2-ci ən böyük şəhəri Osakanın şimalında güclü zəlzələ meydana gəlib.

Qaynarinfo xəbər verir ki, zəlzələnin gücü 5,9 bal qiymətləndirilib. Təkanla əlaqədar sunami xəbərdarlığı edilməyib.

Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.

Gülşən