Texnologiya 17:38 20.12.2017

Yarasaya oxşayan qara rəngli təyyarə (FOTOLAR)

Təyyarə istehsalı ilə məşğul olan "Boeing" şirkətinin yeni təyyarəsi dünyada böyük marağa səbəb olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, yayılan fotoda təyyarə qara örtüklə bağlanıb. Yarasa formasında olan vasitənin elektriklə işlədiyi və enmə zolağına ehtiyac durmadan şaquli vəziyyətdə eniş etdiyi deyilir. Digər iddiada isə təyyarənin pilotsuz kosmik gəmi olduğu qeyd edilib. 

Nəqliyyat vasitəsinin "Phantom Swift" adı daşıdığı verilən məlumatlar arasındadır.

Gülşən