Dünya 10:15 23.01.2020

Yayılan qorxulu virus Honq Konq birjalarını çökürtdü

Hong Kong fond indeksləri cümə axşamı səhər ticarət sessiyası başlayan kimi çökməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, analitiklər bunu yeni növ koronavirusun yayılması ilə bağlı xəbərlərlə əlaqələndiriblər.

Hərraca görə, sessiyanın açılışında Hanq Senq indeksi 0,82% azalaraq 28109 bənd təşkil edib.

İndeks quruluşuna daxil olan 50 əsas "mavi çipdən” 48-i ucuzlaşıb. Makaoda nəqliyyat, ticarət, daşınmaz əmlak və qumar oyunları ilə əlaqəli aktivlərin sahibləri zərər çəkiblər. Sands China kazinolar şəbəkəsi operatorunun qiymətli kağızları isə 2.26% ucuzlaşıb.