Dünya 11:48 29.12.2017

Yəməndə qarşıdurma: 44 nəfər öldürüldü

Yəmənin Əl Hudayda şəhərinin Huhe qəsəbəsində hakimiyyət tərəfdarları ilə Husi qüvvələri arasında şiddətli qarşıdurma yaşanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Husilər əraziyə katyuşa raketləri, ağır toplar və dənizdən hərbi gəmilər vasitəsilə hücum təşkil edib.
 
Hakimiyyət tərəfdarlarına Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri dəstək verib. Uzun müddət davam edən qarşıdurmada hökümət ordusunun 9 əsgəri, Husilərin isə 35 döyüşçüsü ölüb. Hər iki tərəfdən çox sayda insan yaralanıb. 

Əl Hudayda 26 bölgədən ibarətdir. Bunlardan 22-si Husilərin idarəsindədir.

Qeyd edək ki, İranın dəstək verdiyi Husi qüvvələri 2014-cü ildən bəri paytaxt Səna şəhərini və bəzi əraziləri idarəsində saxlayır. Koalisiya qüvvələri isə 2015-ci ildən vətəndaş müharibəsində Yəmən hakimiyyətinə dəstək verir.

Gülşən