Ekonomiks 17:01 02.10.2013

Yeni hava limanının görüntüləri yayıldı - VİDEO

Bu gün Heydər Əliyev adına beynəlxalq hava limanının aerovağzal kompleksinin açılışı olacaq.

Anspress-in 1news.az-a istinadən verdiyi xəbərə görə, aerovağzal kompleksi il ərazində 6 milyon sərnişinə xidmət edəcək.
Üçbucaq formasında inşa olunan terminalın dördmərtəbəli binasında dünya aviasiya sənayesinin son elmi-texniki naliyyətləri geniş istifadə olunacaq.

İstismara verildikdən sonra yeni terminaldan beynəlxalq, yerli aviareyslər həyata keçiriləcək.

Qeyd edək ki, yeni aerovağzal kompleksinin inşası hələ 2011-ci ilin martında başlamışdı.

Qaynar.info